"İnter" Martineslə bu qiymətə vidalaşacaq

"İnter" Martineslə bu qiymətə vidalaşacaq

Milan "İnter"i müxtəlif Avropa klublarının transfer siyahısında olan hücumçusuna - Lautaro Martinesə yeni qiymət qoyub.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.

Mənbə 24 yaşlı Martinesin Milan təmsilçisindən ayrılmağa can atmadığını, lakin rəhbərliyin vəziyyəti sığortalayaraq argentinalı üçün satış məbləği müəyyənləşdirdiyini  vurğulayıb.

Bu mövsüm A Seriyasında 29 oyuna çıxan Martines 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "İnter"lə olan müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər