"İnter" "Mançester Yunayted"lə anlaşdı - Transfer

"İnter" "Mançester Yunayted"lə anlaşdı - Transfer
Aleksis Sançes "İnter"dəki çıxışını davam etdirəcək.
Fanat.Az "Corriere della Serra"ya istinadən xəbər verir ki, "İnter" Sançesin transferini "Mançester Yunayted"lə razılaşdırıb.
Keçid "neradzurri"yə 15 milyon avroya başa gələcək. Çilili futbolçu 3 il ərzində toplam 15 milyon avro qazanacaq.
Transfer Avropa Liqası çərçivəsində "İnter" və "Xetafe" arasında oynanılacaq matçdan sonra rəsmən açıqlanacaq.
Sançes 2019-20 mövsümündə icarə əsasında Milan təmsilçisinin formasını geyinirdi. 31 yaşlı vinqer cari mövsümdə 4 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər