"İnter" "Mançester Yunayted"in iki futbolçusunu alır

"İnter" "Mançester Yunayted"in iki futbolçusunu alır

"Mançester Yunayted"in iki futbolçusu A Seriyasına keçə bilər. 

Fanat.Az xəbər verir ki, söhbət müdafiəçisi Viktor Lindelyöf ilə hücumçu Antoni Marseldən gedir. 

"İnter Live" iddia edir ki, hər iki oyunçunu İtaliya "İnter"i heyətinə cəlb etməyi planlaşdırır. 

Fransalı forvardın transfer qiyməti 20 milyon avro, isveçli müdafiəçinin isə dəyəri 15 milyon avrodur. Milan klubunun idman direktoru Pyero Osilio hər iki futbolçunun keçidini reallaşdırmaq fikrindədir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər