"İnter" İnzagini bu mütəxəssislə əvəzləyir - Təklif göndərildi

"İnter" İnzagini bu mütəxəssislə əvəzləyir - Təklif göndərildi

Milan "İnter"inin rəhbərliyi komandanın baş məşqçisi Simone İnzagi ilə vidalaşmaqda qərarlıdır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttosport" yayıb.

Məlumata görə, İtaliya nəhənginin bossları İnzagini "Brayton"un çalışdırıcısı Roberto De Dzerbi ilə əvəzləməkdə israrlıdır. Mənbə italyanların "Brayton"la əlaqə saxlayaraq bu məşqçi üçün nəzərdə tutulan 13 milyonluq təzminat məbləğinin azaldılmasını xahiş etdiklərini vurğulayıb. Xəbərdə De Dzerbinin özünün də "İnter"in "sükanı arxası"na keçməyi arzuladığı diqqətə çatdırılıb.

Qeyd edək ki, 2021-ci ildən indiki postunda olan İnzaginin "qara-göylər"lə olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər