İtaliya çempionu "İnter" iki çilili ulduzunu - Aleksis Sançeslə Arturo Vidalı satışa çıxarıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira şəxsi "Twitter" hesabından yayıb.
İtaliyalı jurnalist Milan klubunda illik 6,5 milyon avro alan Vidalın və 7 milyon avro qazanan Sançesin maliyyəyə qənaət üçün satılacağını vurğulayıb.
Qeyd edək ki, bu mövsüm A Seriyasında 30 oyuna çıxan Aleksis 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıbsa, Arturo 23 çempionat matçında 1 qol və eyni sayda assistlə diqqət mərkəzinə düşüb.
Atilla