"İnter" İkardiyə yeni müqavilə təklif etdi: maaşı nə qədər olacaq?

"İnter" İkardiyə yeni müqavilə təklif etdi: maaşı nə qədər olacaq?
"İnter" son günlər gündəmdən düşməyən Mauro İkardiyə yeni müqavilə təklif edib.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, yeni sözləşmədə argentinalı ulduzun maaşı illik 6,5 milyon avroya qaldırılıb. 
Sabah "Fiorentina" ilə keçiriləcək oyunda oynamayacaq İkardinin adı son dövrlər "Real" və Premyer Liqanın böyük klubları ilə yanaşı çəkilir. Uzun müddətdi "İnter" rəhbərliyinin yeni müqavilə təklifini qəbul etməyən argentinalı futbolçunun klubundan 7,5 milyon avro imza haqqı və 2,5 milyon avro dəyərində bonuslar tələb etdiyi bildirilir. 
Hazırkı müqaviləsi ilə ildə 4,5 milyon avro qazanan İkardi bu müqavilə təklifini qəbul etsə, heyətə qaytarılacaq.
Qeyd edək ki, "İnter" rəhbərliyi İkardini kapitan sarğısından məhrum edib və heyətdən kənarlaşdırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər