"İnter" Mauro İkardi ilə yeni müqavilə təklif etməyə hazırlaşır.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, yeni anlaşmada argentinalı futbolçunun sərbəst qalma qiyməti 120 milyon avrodan 60 milyon avroya endiriləcək. Bundan sonra isə "İnter" onu üçün 60 milyon avro təklif edəcək kluba satacaq.
Fevralın əvvəlindən oyuna çıxmayan və kapitanlığı əlindən alınan İkardi ilə yolları ayırmaq qərarına gələn Milan klubunun rəhbərliyi onu qiyməti daha da ucuzlaşmadan satmaq niyyətindədi.
Qeyd edək ki, 2014-cü ildə "Sampdoriya"dan 13 milyon avroya alınan İkardi cari mövsümdə oynadığı 28 matçda 15 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fanat.Az