"İnter" İkardini satıb, onu alacaq

"İnter" İkardini satıb, onu alacaq
"İnter" mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilən Mauro İkardinin əvəzləyicisini tapıb.
Fanat.Az "Tuttumercatoweb"ə istinadən xəbər verir ki, Milan klubu "Mançester Yunayted"dən Romelu Lukakunu hədəfə alıb.
İngiltərə klubu belçikalı ulduzu 2017-ci ildə "Everton"dan 85 milyon avroya alıb. Lakin Lukaku ümidləri doğrultmur və hətta transfer dəyəri 2 ildə 50 milyon avroya düşüb.
Xəbərdə qeyd edilir ki, Lukaku özü də "İnter"ə keçmək istəyir. Amma öncə "Mançester Yunayted"in ona ödəməli olduğu 10 milyon avronu tələb edir.
Qeyd edək ki, 25 yaşlı forvard cari mövsümdə oynadığı 43 matçda 15 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər