"İnter" "Barselona" ilə matçın bilet satışından rekord gəlir əldə еtdi

"İnter" "Barselona" ilə matçın bilet satışından rekord gəlir əldə еtdi
İtaliyanın "İnter" klubu bu gecə "Barselona" ilə keçirəcəyi Çempionlar Liqası matçının bilet satışından rekord məbləğdə gəlir əldə edib.
Fanat.Az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Milan klubu oyununu blitelərindən 5,8 milyon avro qazanıb. Bu isə İtaliya futbolu üçün rekord hesab olunur.
Bundan əvvəlki rekord ötən mövsüm Çempionlar Liqasının "Roma" - "Liverpul" və A Seriyasının "İnter" - "Yuventus" oyunlarına aid idi. Hər iki görüşün bilet satışından ev sahibi klublar 5,2 milyon avro qazanmışdı.
Qeyd edək ki, bu gün keçiriləcək "İnter" - "Barselona" matçı Bakı vaxtı ilə saat 00.00-da başlayacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər