"İnter Arena" stadionunun adı dəyişdirildi

"İnter Arena" stadionunun adı dəyişdirildi
"Keşlə"nin ev oyunlarını keçirdiyi "İnter Areana"nın adı dəyişdirilib. 
Fanat.Az xəbər verir ki, stadion bundan sonra "ASK Arena" adlandırılacaq. Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib.
Qeyd edək ki, bu stadionun adı ikinci dəfə dəyişdirilib. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Stadiona daha sonra "İnter" (hazırkı "Keşlə") klubunun adına uyğun olaraq "İnter Arena" adı verilib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər