Milan Şkrinyar mövsümün sonunda "İnter"dən ayrıla bilər.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, Şkrinyar artıq Antino Kontenin komandasının toxunulmaz üzvlərindən biri hesab olunmur. Avropanın top-klublarının marağını nəzərə alan "İnter" slovakiyalı futbolçunu satmağı planlaşdırır.
Şkrinyarın adı "Real", "Barselona" və "Mançester Siti" ilə birlikdə hallanır. "Real"ın Əşrəf Hakimi qarşılığında 25 yaşlı oyunçunu "neradzurri"dən istədiyi bildirilir. Digər tərəfdən, "İnter"in Serxio Aqueroya görə Şkrinyarı "Siti"yə göndərməyə hazır olduğuna dair xəbərlər gəzir.
Fanat.Az