"İnter" Açerbi ilə bağlı qərarını verdi

"İnter" Açerbi ilə bağlı qərarını verdi

Milan "İnter"inin rəhbərliyi "Latsio"dan icarəyə götürülən Françesko Açerbi ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Mənbə "qara-göylər"in ümdafiəçinin çıxışından razı qaldığını və onun transfer hüquqlarına yiyələnməyi hədəflədiyini vurğulayıb. Xəbərə görə, icarə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Açerbinin özü də Milan təmsilçisində qalmaqda maraqlıdır.

Xatırladaq ki, A Seriyasında çıxdığı 15 oyuna 30 xal toplayan "İnter" turnir cədvəlinin 5-ci pilləsindədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər