İngiltərə Premyer Liqasının yaxın 3 mövsüm üçün teleyayım hüququnun qiyməti açıqlanıb. Fanat.az xəbər verir ki, yayımın dəyəri 7,8 milyard dollar təşkil edib.
Bu, İngiltərə futbol tarixində rekord rəqəmdi. Bu hüquqa "Sky" və " Bt Sport" kanalları yiyələnib. Birincinin məsrəfi 6,5 milyard təşkil edəcək, qalan 1,3 milyardı isə "BT Sport" ödəyəcək.
Ümumi oyun sayının 168 olduğu 7 paketin 5-ini "Sky" ələ keçirib ki, bu da telekanala 126 qarşılaşmanı canlı yayımlamasına imkan verəcək.
Qeyd edək ki, əvvəlki məbləğ 4,6 milyard dollar təşkil edirdi.
Fanat.az