Çin klubundan "Qalatasaray"a 20 milyon avroluq təklif

Çin klubundan "Qalatasaray"a 20 milyon avroluq təklif

Çinin "Quanqzu Everqrande" klubu "Qalatasaray"ın futbolçusuna elçi düşüb. Fanat.Az "Bild" qəzetinə istinadən xəbər verir ki, asiyalılar Lukas Podolskini aparmaq istəyir.

İddia olunur ki, Luis Felipe Skolarinin çalışdırdığı klub "Qalatasaray"a 20 milyon, futbolçuya illik 9 milyon avro təklif edir. 

Qeyd edək ki, əvvəllər "Bavariya", "Arsenal", "İnter" kimi məşhur klublarda çıxış etmiş Podolski "Qalatasaray"da 2015-ci ilin yayında "Arsenal"dan 2,5 milyon avroya transfer olunub. O, indiyədək 55 rəsmi oyuna çıxıb və 23 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər