Çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq

Çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq

Fanat.Az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, turnirdə peşəkar və həvəskar voleybolçular iştirak edəcəklər.

İyunun 20-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışda 40 komanda çempionluq uğrunda mübarizə aparacaq.

Bu turnir ölkəmizdə ilk dəfə bu il mayın 23-də təşkil edilib. Bu dəfə isə yarış fərqli formatda keçiriləcək. Belə ki, hər komandada bir qadın və bir kişi voleybolçu yer alacaq.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində keçirilən "Queen & King of the Court" turniri çimərlik voleybolunun ən maraqlı və dinamik yarış formatlarından biri hesab olunur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər