2-3 mövsüm öncə ölkənin ən perspektivli futbolçularından sayılan, hətta Kiyev “Dinamo”suna yollanaraq, məlum şəkildə geri qayıdan Cavid İmamverdiyevin “Sumqayıt”a keçəcəyiylə bağlı gəzən söz-söhbət reallığa çevrilməyəcək.
Fanat.Az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisinin rəsmiləri 2015/16 “futbol ili”nin sonunda “ağ-qaralar”dan “qoparmağa” çalışdığı yarımmüdafiəçiylə artıq maraqlanmır.
Klubdaxili toplanışda mümkün Cavid - “Sumqayıt” “izdivac”ı müzakirə olunub və lazımsız sayılıb.
Fanat.Az