“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

“Neftçi”nin köməkçi məşqçisi Saşa Petroviç Misli Premyer Liqasının 34-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri görüşdən sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 5:1 hesablı qələbə barədə bunları dilə gətirib:

“Oyunu iki hissəyə bölmək olar. Birinci hissə bizim üçün yaxşı alındı, ikincisi ondan da yaxşı. Futbolçularımız xarakter göstərə bildilər. Birinci qoldan sonra “Neftçi”yə layiq tərzdə oynamağa başladılar.

Yaxşı haldır ki, Ağadadaş Salyanski və Brayan Moreno qollarını vurdular. Bu da “Neftçi”nin gələcəyi üçün faydalıdır.

Emin Mahmudovun meydanda olmaması bizim üçün çətinlik yaradır, əsl çatışmazlıqdır. Amma komanda bu gün çox istəkli idi. Bizi qarşıda iki final gözləyir. Avrokuboklara vəsiqə qazanmaq üçün növbəti iki oyunda qələbə qazanmaq haqda fikirləşirik”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər