İlk oyunda məğlubiyyət

İlk oyunda məğlubiyyət

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Estoniya ilə üz-üzə gəlib.

Qarşılaşma komandamızın məğlubiyyəti ilə bitib - 0:3 (17:25, 11:25, 22:25).

U-20 turnirdə Latviya, Ukrayna və Polşa kollektivləri ilə də görüşəcək.

Yanvarın 14-də başa çatacaq yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər