İlk dueli "Xilasedici" qazandı

İlk dueli "Xilasedici" qazandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda mübarizə start götürüb.

Fanat.Az xəbər verir ki, “Neftçi” və “Xilasedici” komandaları bürünc medal üçün ilk oyuna çıxıblar.

“Xilasedici” 3:0 (25:20, 25:22, 25:17) hesabı ilə qələbə qazanıb.

Tərəflər arasındakı ikinci oyunu sabah keçiriləcək.

Reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər