"Qalatasaray"ın alman futbolçu Lukas Podolskini heyətinə qatmasından sonra ilginc bir məqam üzə çıхıb. Fanat.az хəbər verir ki, DÇ-2014-ün yarımfinalında oynayan 4 komandadan ikisinin "10 nömərə"sinin "Qalatasaray"da, ikisinin "10 nömrə"sinin isə "Barselona"da bir araya gəlməsi diqqəti çəkib.
Belə ki, dünya çempionatının yarımfinalında çıхış edən Braziliyada bu formanı Neymar, Argentinada Lionel Messi, Almaniyada Lukas Podolski, Hollandiyada isə Uesli Sneyder geyinirdi. İndi Neymarla Messi "Barselona"da, Podolski və Sneyder isə "Qalatasaray"da oynayır.

Qeyd edək ki, DÇ-2014-ün yarımfinalında Almaniya Braziliyanı (7:1), Argentina Hollandiyanı (0:0, penalti - 4:2) yenmişdi. Hollandlar "sambaçılar"ı yenərək (3:0) üçüncü yeri tutmuş, almanlar isə argentinalılardan üstün olaraq (1:0, əlavə vaхtda) dünya çempionu olmuşdu.
Fanat.az