İkinci Liqanın oyunu baş tutmadı - SƏBƏB

İkinci Liqanın oyunu baş tutmadı - SƏBƏB

Bu gün II Liqanın XIV turunda keçirilməli olan “Ağdaş” – “Şimal” qarşılaşması baş tutmayıb.

Fanat.Az xəbər verir ki, məlimatı Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı yayıb.

Buna səbəb meydan sahibi klubun qarla örtülmüş ot örtüyünü oyunun reallaşması üçün minimal vəziyyətə gətirmək yönündə hər hansı addım atmamasıdır.

14:00-a təyin olunan oyunla əlaqədar qonaq komanda, hakimlər, AFFA nümayəndəsi, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olublar.

PFL tərəfindən “Ağdaş” klubuna tövsiyələr və 90 dəqiqə əlavə vaxt verilməsinə baxmayaraq, oyunun baş tutması üçün hər hansı cəhd edilməyib. Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.

Qeyd edək ki, ötən gün “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşması baş tutmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər