İkinci Liqanın debütantı transferə doymur - Daha 7 yeni müqavilə

İkinci Liqanın debütantı transferə doymur - Daha 7 yeni müqavilə

Növbəti mövsüm 2-ci Liqada çıxış edəcək "Marafon" heyətini gücləndirməyə davam edir. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Sabirabad təmsilçisi daha 7 yeni futbolçu ilə anlaşıb. 

"Marafon" ötən mövsüm komandada olan Hüseyn Axundovla yeni - daha bir mövsümlük anlaşma əldə edibsə, Hakan Həsənov, Xəyyam  Hüseynov, Hüseyn Hüseynli, Elşad Əliyev, Elmar Rəhimov və Emin Quliyev yeni transferlərdir.

Sözügedən komanda yay fasiləsində baş məşqçi postuna Ceyhun Cavadovu gətirdikdən sonra təcrübəli müdafiəçi Novruz Məmmədov, Nodar Məmmədov və Ülvi İbazadəni, həmçinin yarımmüdafiəçilər Pərviz Qaraxanovla Elşən Veysovu, o cümlədən qapıçı  Şahin Zəkiyevi heyətə cəlb edib. 

Qeyd edək ki, "Marafon" Region Liqasının son finalçısıdır.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər