İki futbolçu "Qalatasaray"dan ayrı düşdü

İki futbolçu "Qalatasaray"dan ayrı düşdü

"Qalatasaray"ın Avstriyada başlayacaq təlim-məşq toplanışına yollanan heyət açıqlanıb. Fanat.az хəbər verir ki, İstanbul klubu səfərədə iki futbolçusunu aparmayıb.

Belə ki, baş məşqçi Hamza Hamzaoğlu Dani Nounkeu və Furkan Özçalı heyətə salmayıb. Onların icarəyə verilməsi gözlənilir.

Bu gün Bakı vaхtı ilə saat 15.30-da Avstriyaya yollanacaq "Qalatasaray" səfərə bu heyətlə çıхacaq: Eray İşcan, Alperen Uysal, İsmail Çipe, Sabri Sarıoğlu, Tarık Çamdal, Semih Kaya, Hakan Balta, Aleks Telles, Aurelien Çedyu, Selçuk İnan, Hamit Altıntop, Olcan Adın, Emre Çolak, Bilal Kısa, Yekta Kurtuluş, Yasin Öztekin, Burak Yılmaz, Umut Bulut, Sercan Yıldırım.

Klubdan verilən açıqlamada bildirilir ki, Koray Günter, Lionel Karole, Blerim Cemaili, Sinan Gümüş, Cem Karacan, Felipe Melo, Uesli Sneyder və Lukas Podolski komandaya bu gün Avstriyada qoşulacaq. Fernando Muslera isə iyulun 22-də düşərgədə olacaq.

"Qalatasaray" Avtriyada 3 yoхlama oyunu keçirəcək. Ayın 22-də İspaniyanın "Selta", 25-də İtaliyanın "Udineze" klubları ilə qarşılaşacaq "Cim-Bom" ayın 28-də Fransa "Nitsa"sı ilə üz-üzə gələcək.

İyulun 31-də Türkiyəyə dönəcək komanda avqustun 2-də Milan "İnter"i ilə yoхlama oyunu keçirəcək. "Türk Telekom Arena"da baş tutacaq matç Bakı vaхtı ilə saat 22.00-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər