III turun oyun cədvəli açıqlandı

III turun oyun cədvəli açıqlandı

Kişi voleybolçular arasında Azərbaycan I liqasında III turun oyunlarının vaxtı və keçirilmə yeri müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, yanvarın 23-də baş tutacaq tur “Murov”un bazasında təşkil olunacaq.

Günə saat 11:00-da “Murov-2” və “Taleh – A.T” komandalarının oyunu ilə start veriləcək. Ardınca “Əlincə” "Həvəskarlar" klubu ilə qarşılaşacaq. Saat 14:00-da “Aura” “Ryuqa” ilə üz-üzə gələcək. Günə “Masallı” - “Veteranlar” dueli ilə yekun vurulacaq. 

Bu dəfə liderlər - A qrupunda “Təhsil”, B qrupunda “Azərbaycan Ali Hərbi Məktəbi” istirahət edəcək.  

I Liqa III tur

23 yanvar

A qrupu 11:00. “Murov-2” – “Taleh – A.T” 12:30. “Əlincə” – “Həvəskarlar”

Xal durumu: “Təhsil” – 6 xal,  “Əlincə”, “Taleh - A.T” – 3,  “Həvəskarlar”, “Murov-2” – 0.

B qrupu  14:00. “Aura” – “Ryuqa” 15:30. “Masallı” – “Veteranlar”

Xal durumu: “Azərbaycan Ali Hərbi Məktəbi” – 6,  “Veteranlar” – 3,  “Masallı” – 2, “Ryuqa” – 1, “Aura” – 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər