III MDB Oyunları: Azərbaycan qılıncoynadanları 9 medal qazandılar

III MDB Oyunları: Azərbaycan qılıncoynadanları 9 medal qazandılar

III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar bitib.

Fanat.Az xəbər verir ki, qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi finalda Rusiyaya uduzub (45:35) və gümüş medal qazanıb.

Sablya növü üzrə qızlardan ibarət ikinci komandamız yarımfinalda Rusiyaya (18:45) məğlub olub və bürünc medala sahib çıxıb.Qızlardan ibarət əsas komda isə yarımfinalda Özbəkistana qalib gəlib – 45:37.

Finalda Rusiya ilə qarşılaşan millimiz 35:45 hesabı ilə uduzub və yarışı ikinci yerdə bitirib.

Xatırladaq ki, daha öncə qılıncoynadanlarımız 6 bürünc medal qazanmışdı.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər