III dövrənin son oyunlarından fotoreportaj

III dövrənin son oyunlarından fotoreportaj

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 3-cü dövrəyə yekun vurulub.

Fanat.Az xəbər verir ki, ötən günün ilk matçında "Azerreyl"ə 3:0 hesabı ilə qalib gələn "Abşeron" sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Təxirə salınmış VIII turun son oyununda UNEC "Murov"u qəbul edib. Görüş qonaqların 3:2 (25:21, 16:25, 16:25, 28:26, 11:15) hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 8-ə çatdıran "Murov" 3-cü pillədəki mövqeyini qoruyub. 5 xalı olan UNEC sonuncudur. Turnir cədvəlinə 27 xalla "Abşeron" başçılıq edir. "Azərreyl" isə 14 xalla 2-ci pillədə qərarlaşıb.

Fanat.Az hər iki görüşdən hazırlanmış fotoları təqdim edir: 

Foto: İslam Atakişiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər