III dövrənin başlama tarixi bəlli oldu

III dövrənin başlama tarixi bəlli oldu

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrəyə martın 15-də start veriləcək.

Federasiyanın Mətbuat Xidmətindən Fanat.Az-a verilən xəbərə görə, həmin gün XI turda “Ekspress” – “Neftçi” və “Murov” - “Sərhədçi” matçları keçiriləcək. Görüşlər müvafiq olaraq saat 16:00-da və saat 18:00-da başlayacaq.

Martın 18-də isə XII turun oyunları gerçəkləşəcək. Meydana ilk olaraq saat 15:00-da MOİK və “Neftçi” komandaları çıxacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - “Ekspress” duelinə start veriləcək.

Görüşlər “Murov” klubunun idman zalında baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər