Hüseyn Məhəmmədov "Neftçi"yə qayıdıb. Fanat.az xəbər verir ki, milli komandamızın sabiq qapıçısı yenidən paytaxt klubunda çalışacaq.
Prezident Sadıq Sadıqovun komandaya qaytardığı Məhəmmədov "Neftçi"nin aşağı yaş qruplarında çalışacaq. Hələlik onun hansı yaş qrupundan olan komandada fəaliyyət göstərəcəyi bəlli deyil.
Qeyd edək ki, Məhəmmədov 2003-2005 və 2007-2008-ci illərdə "Neftçi"də çıxış edib. O, karyerasını bitirəndən sonra da paytaxt klubunda işləyib.
Fanat.az