Honduras millisinin hücumçusu Bakı klubunda

Honduras millisinin hücumçusu Bakı klubunda
Honduras millisinin hücumçusu Rojer Roxas karyerasını Azərbaycanda davam etdirəcək.
Fanat.Az diariomas.hn saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu "Sabah"la anlaşıb. Hazırda Kosta Rikanın "Alajuelense" klubunda çıxış edən forvardın bu gün Bakı təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.
Qetd edək ki, Rojer Roxas karyerası ərzində Paraqvayın "Olimpia", Səudiyyə Ərəbistanının "Əl-İttifaq" və Meksikanın "Nekaksa" klublarında da çıxış edib. O, ötən ilin yanvarında "Alajuelense" klubuna transfer olunub. Forvard Honduras millisində keçirdiyi 28 oyunda 3 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər