Honda Portuqaliyaya qayıdır

Honda Portuqaliyaya qayıdır
"Neftçi"dən ayrılan Keysuke Honda karyerasını Portuqaliyada davam etdirə bilər.
 
Fanat.Az "A bola" nəşrinə istinadən xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi "Portimonense" klubuna keçə bilər.
İddia görə, 35 yaşlı futbolçu yeni mövsümdə Paulu Serjiunun ixtiyarında olacaq.
Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə mövsümün sonunadək müqavilə imzalamışdı. O, komanda ilə birlikdə Azərbaycan Premyer Liqasının qalibi olub.
Ulduz futbolçu paytaxt təmsilçisinə keçməmişdən əvvəl "Portimonense" klubu ilə müqavilə bağlayıb. Lakin o, azı 3 ay azad agent statusu daşımadığı üçün yerli futbol liqasının qərarına əsasən, meydana çıxa bilməyib və fevralın 11-də həmin klubla vidalaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər