Hidayət Heydərov "Neftçi"nin futbolçu və məşqçi heyəti ilə görüşdü

Hidayət Heydərov "Neftçi"nin futbolçu və məşqçi heyəti ilə görüşdü

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov "Neftçi" futbol klubunun üzvləri ilə görüşüb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisinin bazasında baş tutan görüşdə Olimpiya çempionu və futbolçular arasında bir sıra maraqlı dialoqlar yaşanıb.

Hidayət uşaqlıqdan "Neftçi"nin azarkeşi olduğunu bildirib. Sonda "ağ-qaralar"ın baş məşçqisi Samir Abasov tərəfindən qonağa Paris-2024-də 73 kq çəki dərəcəsində qalib olan qonağa "Neftçi"nin 73 nömrəli forması təqdim olunub.

Qeyd edək ki, Heydərov dekabrın 1-də saat 19:00-da “Neftçi Arena”da keçiriləcək "Neftçi" - “Qarabağ” oyununu tribunadan izləyəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər