Həvəskarlar liqasında azarkeş rekordu

Həvəskarlar liqasında azarkeş rekordu

Futbol üzrə Türkiyənin həvəskarlar liqasında azarkeş rekordu qeydə alınıb. Fanat.az xəbər verir ki, bu, "Kocaelispor" - "Güngörenspor" matçında baş verib.

Belə ki, İzmit təmsilçisinin gecə saatlarında oynanılan matçını tribunadan 19 min 257 azarkeş izləyib. Maraq üçün bildirək ki, gündüz saatlarında oynanılan matçlarda da rekord göstərici 20 min 745 azarkeşlə "Kocaelispor"a məxsusdu. 

Qeyd edək ki, buna qədər liqa matçları günorta saatlarında oynanılırdı. Ancaq mübarizə apardığı 12-ci qrupda çempionluğu rəsmiləşdirən "Kocaelispor"a uzun müddətdən sonra Bakı vaxtı ilə 21:00-da azarkeşlərinin önündə meydana çıxmağa icazə verilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər