"Düşünürəm ki, zədəli olmağıma və payızda bir çox oyunu buraxmağıma baxmayaraq, 2019-cu ili aktivimə yaza bilərəm. Zədə futbolçu karyerasının bir hissədir. Elə mənfi məqamlar olur ki, sən başıuca geri qayıtmalısan. Müsbət məqam kimi, ötən çempionatın ikinci hissəsini qeyd edə bilərəm. Həmin vaxt biz üçüncü yeri tutduq və avrokubokda oynamaq hüququ qazandıq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Səbail”in qapıçısı Aleksandr Rıbka Ukraynın "Komanda” nəşrinə müsahibəsində deyib.
Qolkiper komandasının uğursuz çıxışından da danışıb: "Ümid edirəm ki, biz vəziyyəti düzəldəcəyik, klub rəhbərliyi, məşqçi heyəti araşdıracaq ki, niyə belə alındı və biz nəticə çıxaracağıq. Qarşıda qış hazırlığı var. Çalışacağıq ki, oyunumuzu düzəldək. Zədəli vaxtda kənardan baxana görürdüm ki, biz yalnız "Qəbələ”yə 0:1 uduzduğumuz oyunda gücsüz olmuşuq. Digər bütün oyunlarda üstünlüyümüz olub. Amma axmaq səvhlərimiz komandaya istənilən nəticəni qazanmağa mane oldu".
Bugünlərdə Ukraynaya qayıdaraq Donetsk "Olimpik”ində çıxış edəcəyi deyilən futbolçu bunu təkzib edib: "Bilmirəm, bu xəbərlər haradan qaynaqlanır. Mənə buna görə Azərbaycandan, öz klubumdan zəng etdilər. Mən də bu cür "keçid”lərdən məlumatsızam. Mənim 1,5 illik müqaviləm var. Hələ ki, məni burda hər şey qane edir. Ümid edirəm, hər şey sabit olacaq və yeni klub axtarmağa ehtiyac qalmayacaq".
Fanat.Az