"Neftçi" Premyer Liqanın XXXV turunda "Rəvan"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, bu tərəflər arasında çempionatda 8-ci qarşılaşma olacaq.
İndiyədək baş tutan oyunlarda "ağ-qaralar"ın böyük üstünlüyü var. Belə ki, "Neftçi" 6, "Rəvan" isə 1 qələbə qazanıb. Paytaxt derbilərində heç-heçə qeydə alınmayı. "Ağ-qaralar"ın 9 qoluna "sarı-qırmızılılar" 3 dəfə cavab verə bilib.
Son 4 oyunda "Neftçi" rəqibinə qalib gəlib. "Ağ-qaralar" öz meydanında keçirdiyi əvvəlki paytaxt derbilərində xal itirməyib.
"Neftçi" cari mövsümün hər üç oyununda qələbə qazanıb - 2:0, 2:1, 1:0. "Rəvan" bu rəqibi üzərində ilk və hələlik son qələbəsini 2012-ci ilin 28 oktyabrında əldə edib - 2:0.
"Neftçi" və "Rəvan" bu mövsüm Azərbaycan Kubokunun yarımfinalında da qarşılaşıb. İlk matç 1:1 hesabı ilə yekunlaşıb. Cavab oyununda 3:1 hesablı qələbə qazanan "ağ-qaralar" finala çıxıb.
| 14.08.2011 | Rəvan (Bakı) - Neftçi (Bakı) | 0:1 |
| 21.02.2012 | Neftçi (Bakı) - Rəvan (Bakı) | 1:0 |
| 28.10.2012 | Rəvan (Bakı) - Neftçi (Bakı) | 2:0 |
| 10.12.2012 | Neftçi (Bakı) - Rəvan (Bakı) | 2:0 |
| 10.08.2013 | Rəvan (Bakı) - Neftçi (Bakı) | 0:2 |
| 19.10.2013 | Neftçi (Bakı) - Rəvan (Bakı) | 2:1 |
| 23.03.2014 | Rəvan (Bakı) - Neftçi (Bakı) | 0:1 |
Fanat.az