Hakim "qırmızı" payladı, oyun yarımçıq qaldı - Azərbaycanda

Hakim "qırmızı" payladı, oyun yarımçıq qaldı - Azərbaycanda

Dünən Gənclər Liqasının 26-cı turu çərçivəsində keçirilən İCBFA - "Turan Tovuz" oyununun sonuna yaxın futbolçular arasında dava düşüb. 

Fanat.Az-ın məlumatına görə, hakim insidenti yatırmaq üçün "Turan Tovuz"un beş, İCBFA-nın isə dörd oyunçusuna qırmızı vərəqə göstərib. 

Beləliklə, meydançada yetəri sayda futbolçu olmadığına görə, matç yarımçıq dayandırılıb.   Qeyd edək ki, oyun dayandırılarkən hesab 4:3 "Turan Tovuz"un xeyirinə olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər