"Səbail" qapıçı Nikolas Hagenlə yolları ayırıb.
Fanat.Az xəbər verir bu barədə paytaxt təmsilçisinin rəsmi saytı açıqlama yayıb.
Qvatemalalı qolkiperin başa çatan müqaviləsi yenilənməyib. Klub qolkiperə "Səbail"dəki çıxışına görə təşəkkürünü çatdırıb, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2020/2021 mövsümündən "Səbail”in formasını geyinən Hagen 27 oyunda meydana çıxıb. O, bu görüşlərin 6-da qapısını toxunulmaz saxlayıb.