"Ölməkdən qorxmuram, lakin futbola baxa bilməyəcəyimdən qorxuram". Fanat.az xəbər verir ki, bu sözləri Bakı şəhərinin meri Hacıbala Abutalıbov deyib.
Mer Braziliyanın dünya çempionu olmasını arzulayır: “İşlə əlaqədar dövlət tədbirləri və s. olmadığı təqdirdə dünya çempionatının bütün oyunları izləyəcəm. Braziliya yığmasını, Türkiyəni sevirəm, "Qarabağ"ı sevirəm, sonda isə "Neftçi"ni sevirəm. Bəli bu komandalar mənim favoritimdi. Kiyev "Dinamo"sunu da həmçinin... Builki çempionatda da Braziliya millisinin çempion olacağını arzulasam da, Almaniyanın buna icazə verməyəcəyini düşünürəm".
ANS PRESS