Gürcüstanı hər iki oyunda yenən milli Azərbaycana qayıtdı

Gürcüstanı hər iki oyunda yenən milli Azərbaycana qayıtdı

Gümüş Avropa Liqasına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.

Fanat.Az xəbər verir ki, yığma Tbilisidə yerli komanda ilə iki yoxlama oyunu keçirib.

Milli bu qarşılaşmalarda Gürcüstanı 3:0 və 3:2 hesabları ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan yarışda ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Fərid Cəlalovun rəhbərlik etdiyi kollektivin rəqibləri ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər