Gürcüstan komandaları Azərbaycan çempionatına qoşuldu

Gürcüstan komandaları Azərbaycan çempionatına qoşuldu
Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçiriləcəyi yer müəyyənləşib. 
Fanat.Az xəbər verir ki, fevralın 18-dən həm Super Liqada, həm də Yüksək Liqada ardıcıl 4 gün qarşılaşmalar təşkil olunacaq.
Buna Gürcüstan komandalarının Bakıya gəlməsi səbəb olub. Bu gün paytaxta gələn qonşu ölkə təmsilçiləri sabahdan çempionatda mübarizəyə başlayacaqlar. Oyunlara iki arena - Dərnəgül Voleybol Mərkəzi və "Sərhədçi” Olimpiya İdman Mərkəzi ev sahibliyi edəcək.
Azərbaycan çempionatı Super Liqa, qadınlar
18 fevral 15:00. "Mübariz” – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi
19 fevral 15:00. "Azerreyl” – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi
20 fevral 15:00. UNEC – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi
21 fevral 15:00. "Abşeron” – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi
Azərbaycan çempionatı Yüksək Liqa, kişilər
18 fevral 
14:00 Express – MOİK Sərhədçi Olimpiya İdman Mərkəzi
16:00 Azərreyl – Neftçi Sərhədçi Olimpiya İdman Mərkəzi
17:00 Murov – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi 
19 fevral
17:00. "Xilasedici” – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi
20 fevral
17:00. "Neftçi” – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi
21 fevral
17:00. MOİK - Gürcüstan Dərnəgül Voleybol Mərkəzi
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər