Gürcüstan - Azərbaycan matçının vaxtı açıqlandı

Gürcüstan - Azərbaycan matçının vaxtı açıqlandı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Gürcüstanla keçirəcəyi oyunun başlanma vaxtı müəyyənləşib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 13-də Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi 2-ci qrupda 7 oyundan sonra 6 xalla 4-cü pillədə qərarlaşıb. 
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər