Gürcü nazir "Neftçi"ni İTTİHAM ETDİ

Gürcü nazir "Neftçi"ni İTTİHAM ETDİ

Gürcüstanın gənclər və idman naziri Levan Kipiani "Neftçi" ilə "Çixura" komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu zamanı baş vermiş toqquşmanı şərh edib. Fanat.az xəbər verir ki, Kipiani qarışıqlığın gecə saatlarındaca həll edildiyini bildirib. 

O, Saçxeri təmsilçisinin prezidenti ilə söhbət etdiyini deyib: Klub prezidenti də saxlanılan şəxslərin azadlığa buraxılması üçün yaradılan qrupa daxil edilmişdi. Bütün anlaşılmazlıqlar gecə saatlarındaca yoluna qoyulub. Azarkeşlər arasında anlaşılmazlıq baş verib. Bu, stadionlarda və idman meydanlarında tez-tez baş verir. Fikrimcə, hər şey normal başa çatacaq". 

Maraqlıdır ki, gürcü nazir dolayısı ilə "Neftçi" tərəfini günahkar sayıb: "Təhlükəsizliyin təmin edilməsi qəbul edən komandanın üzərinə düşür. Cavab görüşündə analoji halın təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, dünən baş tutan oyunda gürcü azarkeşlər xəritə açıblar. Həmin xəritədə Qax və Zaqatala Gürcüstanın ərazisi kimi göstərilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər