Gürcü klubu azərbaycanlıyla vidalaşdı - SƏBƏB

Gürcü klubu azərbaycanlıyla vidalaşdı - SƏBƏB
Gürcüstanın "Merani” klubu azərbaycanlı futbolçu Tural Rzayevlə yolları ayırıb.
Fanat.Az qonşu ölkə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə anlaşma qarşılıqlı razılaşma ilə pozulub.
Fevralda "Merani”ə keçən Tural cəmi bir ay sonra geri dönmək məcburiyyətində qalıb.
 
"Kəpəz"in sabiq futbolçusu diz bağları qopduğu üçün uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu səbəbdən elita klubu onunla vidalaşıb. Futbolçunun müalicəsini üzərinə götürən Gürcüstan klubu bütün xərcləri ödədikdən sonra müqaviləyə xitam verilməsini məqsədəuyğun sayıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər