Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Calciomercato" nəşri: "Yuventus" hələ də PSJ-nin qapıçısı Canluici Donnarumma ilə anlaşmağa çalışır".
"SV pressa" saytı: “Lokomotiv”in müdafiəçisi Stanislav Maqkeev tanınmış ispan mütəxəssis Xosep Qvardiolanın “dəmiryolçular”a rəhbərlik edəcəyinə ümid etdiyini bildirib".
Jurnalist Serxio Valentini: “Real Madrid”inn sabiq baş məşqçisi Zinəddin Zidan 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra Fransa millisinə rəhbərlik edəcək".
"Portu" klubunun rəsmi saytı: "23 yaşlı qapıçı Dioqu Koşta "Portu" ilə müqaviləsini 2026/27-cı illər mövsümünün sonuna qədər uzadıb".
Emin Şəmsiyev