Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"Daily Mail" xəbər qəzet: "Southempton" və "West Hem" "Nitsa"nın müdafiəçisi Flavius Danilyuk üçün mübarizə aparacaq. 20 yaşlı futbolçunun müqaviləsi 2024-cü ildə bitir.
"Calciomercato" idman qəzeti: "Real Madrid" İsko "Milan"ın hədəfindədir. İspaniya klubu 29 yaşlı oyunçu üçün 18 milyon avro tələb edir.
"The Telegraph" qəzeti: "Romelu Lukaku "Çelsi" yə qayıtmaq istədiyini "İnter"ə bildirib. Tərəflər transferin detallarını müzakirə edir.
"90 min" idman xəbəri portalı: Emerik Laport (Aymeric Laporte) İspaniya klublarından birinə keçmək üzrədir.
"Mançester Siti"nin futbolçusu öz vətənində oynamağa üstünlük verib.
İdman jurnalisti Canluka Di Martsio: Dünən İtaliyada tibbi müayinədən keçən Kristian Romero (Christian Romero) bu gün Londona yollanacaq.
Futbolçunun transferi "Tottenhem"ə 55 milyon avroya başa gəlib.
"Calciomercato" idman qəzeti: "Milan" Dani Sebalyosu (Dani Ceballos) transferində maraqlıdır. "Real Madrid" 40 milyon avro müqabilində 24 yaşlı futbolçu ilə ayrılmağa hazırdır. Ancaq İtalya klubunun o qədər ödəmə imkanı olmayacaq.
Baş tutmuş transfer xəbərləri:
Cefri Bruma (Jeffrey Bruma) (29 yaşlı müdafiəçi)
"Wolfsburg"dan (Almaniya) "Kasımpaşa"ya (Türkiyə) keçidi baş tutub
2 illik müqavilə bağlayan niderlandlı futbolçu kluba azad agent qismində gəlib.
Danny Ings (29 yaşlı hücumçu)
"Southampton"dan (İngiltərə) "Aston Villa"ya (İngiltərə) transfer olunub.
Transfer məbləği 30 milyon funt sterlinq olan ingilis futbolçu klubla 3 illik müqavilə bağlayıb. Ötən mövsüm 33 oyuna 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Emin Şəmsiyev