I divizionun XXI turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Bakı" oyununda son günlər cəbhədə şəhid olan hərbçilərimiz unudulmayıb.
Fanat.az xəbər verir ki, ev sahibləri meydana üzərinə "Siz qanınızla qazandıqlarınızı biz canımızla qoruyacağıq" şüarı yazılmış pankartla çıxıb. Oyundan əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.



Fanat.az