Fransa nəhəngi "Portu"nun oyunçusunu bu qiymətə alır

Fransa nəhəngi "Portu"nun oyunçusunu bu qiymətə alır

PSJ "Portu"nun yarımmüdafiəçisi Vitinyunun transferi ilə bağlı bütün detalları razılaşdırıb. 

Fanat.Az xəbər verir ki, bu haqda məşhur insayder Fabritsio Romano "Twitter" hesabından paylaşım edərək məlumat yayıb.

Mənbənin iddiasına görə, tərəflər 22 yaşlı mərkəz yarımmüdafiəçisinin keçidi ilə bağlı 40 milyon avroya razılığa gəliblər.

Sənədlərin əksəriyyəti artıq imzalanıb, tibbi müayinənin vaxtı təyin olunub. Portuqaliyalı oyunçu Fransa klubu ilə müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Romano bundan sonra PSJ-nin diqqətini "İnter"in müdafiəçisi Milan Skrinyar və "Lill"in yarımmüdafiəçisi Renatu Sançeşi transfer etməyə yönəldəcəyini bildirib.

Vitinyu ötən mövsüm "Portu"nun heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər