Foqts "Qarabağ"la "Neftçi"ni hədəfə aldı

Foqts "Qarabağ"la "Neftçi"ni hədəfə aldı
"Mən 6 ildi klublara deyirəm ki, oyunçuları daha çox məşq etdirmək lazımdı. Biz artıq 2-3 gündən bir oynamağa alışmalıyıq". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Alman çalışdırıcı Xorvatiyanın Osiyek şəhərində keçirdiyi mətbuat konfransında "Neftçi" və "Qarabağ"ı tənqid edib: "Oyunları məşqlərlə əvəzləmək olmaz. "Qarabağ" və "Neftçi" Avropa Liqasında oynayanda onların matçları təxirə salınır. Niyə? Əvvəl-axır günahkar mən oluram. Çünki yığmanın baş məşqçisiyəm. Aparıcı klublarda 3-4 azərbaycanlı futbolçu çıxış edir, qalanları legionerlərdi. Axı mən braziliyalıları Azərbaycan yığmasında oynada bilmərəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər