Berti Foqts "Qarabağ"ın oyununu izləyəcək. Fanat.az xəbər verir ki, millinin baş məşqçisi Avropa Liqasının pley-of mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" (Hollandiya) oyununa canlı baxacaq.
Millinin məşqçiləri Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək "Partizan" - "Neftçi" qarşılaşmasını da diqqətdən kənarda saxlamayacaq. Belə ki, bu oyunu millinin məşqçisi Mahmud Qurbanov izləyəcək.
Fanat.az