Flavinyo "Neftçi"dən ayrılmasının səbibini açıqladı

Flavinyo "Neftçi"dən ayrılmasının səbibini açıqladı
"İtaliyaya zədəmi sağaltmaq üçün yollanmışdım. Orda istifadə olunan tibbi avadanlıqlar müalicənin daha sürətli aparılmasına imkan verir". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Flavinyo deyib.
Bir neçə gün İtaliyada müalicə olunan braziliyalı dünən Bakıya qayıdaraq komandaya qoşulub. Flavinyo müalicəsindən danışıb: "Burda qalsaydım, azı 20 gün müalicə olunmalıydım. İndi isə komandanın düşərgəsindəyəm və fərdi məşq edirəm. Çox güman ki, “Sumqayt”la oyunda meydanda olmayacağam. Sonrakı turlarda isə formamı tam bərpa edib komandama kömək edəcəm”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər