Flavinyo "Neftçi"də nə qədər maaş alır?

Flavinyo "Neftçi"də nə qədər maaş alır?
"Neftçi" ilə müqaviləmi yenilədim. Daha bir müddət orada qalmaq istəyirəm. Ondan sonra Braziliyaya qayıdıb, karyeramı burada davam etdirəcəm". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Flavinyo deyib.
Braziliyalı futbolçu vətənində verdiyi müsahibədə "Neftçi"dəki maaşı barədə də danışıb: "Əmək haqqımı Braziliya ilə müqayisə etsək, eynidi. Futbolçuya yaxşı pul verirlər".
Flavinyo Azərbaycana gəlişi ilə bağlı da danışıb: "Düzü, "Neftçi"dən təklif alana qədər Azərbaycan adlı ölkəni tanımırdım. Menecerim mənə belə bir təklifin olduğunu dedi. Bundan sonra internet vasitəsilə “Neftçi” və Azərbaycan haqqında məlumatlar toplamağa başladım. Həmyerlim Denis Silva ilə əlaqə saxladım. Mənə Azərbaycan və “Neftçi” haqda çox şeylər danışdı. Mən də ona qulaq asdım və Azərbaycanda oynayacağıma qərar verdim. Öncə komandanın Türkiyədəki toplanışına yollandım. Hər şey əla idi. Həm də komandada olan digər braziliyalılar mənə uyğunlaşmağa kömək etdilər. Dil baxımından problem olur. Çünki Azərbaycan dili tam fərqlidi. Buna baxmayaraq, bu gün Azərbaycanda yaşamaq, futbol oynamaq mənim üçün çox rahatdı. İlk mövsümdəcə 14 qol vurdum ki, bu yaxşı göstərici idi".
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər